Dünya

Yakutiyada havanın temperaturu -61 dərəcəyə düşüb

Sharing is caring!

Rusiyanın Yakutiya Respublikasında yanvarın 10-da havanın temperaturu -61 dərəcəyə düşüb.

Bu göstərici Olenekski rayonunun Jilinda kəndində qeydə alınıb.

Bu barədə Yakutiya Hidrometeorologiya Departamentinin saytında məlumat verilib.

Bildirilib ki, respublikanın 9 rayonunda -45 dərəcə və daha aşağı temperatur müşahidə olunur. Eyni zamanda Yakutiyanın şimal-qərbində və şimal-şərqində havanın temperaturu gecə -50 dərəcəyə çatıb.

Mənbə: Gazeta.ru

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir