Dünya

Rusiyanın Avropaya vurduğu ziyan və Azərbaycana verdiyi FAYDA: “Növbəti beş ildə qazın qiyməti düşməyəcək”

Sharing is caring!

Azərbaycanın qaz ixracından gəlirləri dörd dəfədən çox artıb. Cari ilin ilk doqquz ayında ölkədən 12,1 milyard dollar dəyəri olan 16,5 milyard kubmetr qaz ixrac edilib. Ötən ilin müvafiq dövründə isə Azərbaycanın qazdan əldə etdiyi gəlir 2,9 milyard dollar təşkil edib. 

Məsələni Oxu.Az-a şərh edən neft və qaz məsələləri üzrə ekspert Dalğa Xatınoğlu bildirib ki, bu il Azərbaycanın təkcə gəlirləri yox, həm də ixrac həcmləri artıb:

“Keçən il Avropaya 8 milyard kubmetrdən bir az çox qaz ixracatımız olmuşdu, bu il isə həcmin 11 milyard kubmetri keçməsi gözlənilir. Bizim qaz ixracından gəlirlərimizin artmasında ən böyük faktor dünya bazarında, xüsusilə Avropada qazın qiymətinin artmasıdır. Bu gün Asiyada da təxmini Avropadakı qədər qazın qiyməti artıb, amma Avropada daha bahadır”.

Ekspert hesab edir ki, qazın qiyməti ən azı növbəti beş ilədək yüksək səviyyədə qalacaq:

“Çünki Rusiyanın statistikasına baxanda görürük ki, qaz ixracı təxminən 70 milyard kubmetr azalıb. 2020-ci ildə Avropaya gündəlik 500 milyon kubmetr qaz ixrac olunurdu, 2021-ci ildə bu göstərici gündəlik 400 milyon kubmetrə düşdü, indi isə 100 milyon kubmetrdən də aşağıda qərarlaşıb. Yəni çox böyük bir fərq yaranıb Ona görə də hazırda Avropada qaz qıtlığı müşahidə edirik. Bu gün artıq Rusiyanın başqa bazarlara qaz ixrac etməsi qeyri-mümkündür. Çinə qaz ixracı heç 10 milyard kubmetrə gəlib çatmayıb. Şərqdə başqa ölkələrə qaz ixracı yalnız LNC vasitəsi ilədir

Müsahib qeyd edir ki, Rusiya keçən il ümumilikdə 240 milyard kubmetr qaz ixrac edib:

Bunun 200 milyard kubmetri boru kəmərləri vasitəsilə ixrac olunmuşdu. Şərqdə isə Rusiyanın yalnız bir boru kəməri vardı, o da Power of Siberia”dır (Sibirin gücü). O boru kəməri Çinə, digərləri isə Avropaya və Türkiyəyə gedir. Boru kəmərləri hesabına ötən il Rusiya Avropa Birliyinə 140 milyard kubmetr qaz verib. LNC hesabına isə 40 milyard kubmetr qaz ixrac edib. Hansı ki, yarısı Avropaya, yarısı isə Çinə göndərilib. Problem ondadır ki, Rusiyanın bu gün Çini çıxmaq şərtilə digər ölkələrə gedəcək boru kəməri yoxdur. Qazını yalnız LNC vasitəsilə sata bilər. LNC tutumu isə 40 milyard kubmetrdir. Növbəti illərdə biz gözləmirik ki, LNC ixracı artsın. Çünki LNC avadanlıqları orada qərb şirkətləri vasitəsilə inkişaf etdirilib, indi isə qərb şirkətləri geri çəkiliblər.

Biz beş il gözləməliyik ki, Azərbaycan, ABŞ, Qətər və digər ölkələr ixracını artırsın. Rusiyanın qaz ixracında zəifləməsini kompensasiya etsinlər. Beləliklə, qiymətlər yenidən normala qayıtsın. Çünki növbəti beş ildə qazın qiyməti belə yüksək səviyyədə qalacaq”.

Sayad Həsənli

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir