Dünya

Dağıstanın keçmiş hökumət başçısını avtomobil vuraraq öldürdü

Sharing is caring!

Dağıstanın keçmiş hökumət rəhbəri Maqomed Abdullayevi avtomobil vurub. Nəticədə 61 yaşlı kişi ölüb.

Bu barədə respublikanın Daxili İşlər Nazirliyindən bildirilib.

Məlumata görə, qəza Mahaçqalada baş verib. Sabiq hökumət başçısı yolun piyada üçün müəyyən edilməmiş hissəsindən keçərkən VAZ-21214 markalı minik maşını onu vurub. Ağır xəsarətlər alan Abdullayev xəstəxanaya çatdırılıb, ancaq həkimlər onun həyatını xilas edə bilməyiblər.

Qeyd edək ki, Maqomed Abdullayev 20 fevral 2010-cu ildən 2013-cü il yanvarın 30-dək Dağıstan Respublikası hökumətinin rəhbəri vəzifəsini icra edib.

Mənbə: TASS

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir