Kriminal

Samuxda qanunsuz odlu silah və narkotik saxlayan şəxslər TUTULDULAR – FOTO

Sharing is caring!

Samuxda qanunsuz olaraq odlu silah və narkotik saxlayan şəxslər tutulublar.

Bu barədə Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Gəncə regional qrupu məlumat yayıb.

Bildirilib ki, şöbə əməkdaşlarının daxil olan məlumat əsasında keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində qanunsuz olaraq odlu silah əldə edib saxlamaqda şübhəli bilinən Ruzigar Abdullayev rayon ərazisində tutularaq Polis Şöbəsinə gətirilib. Onun üzərinə baxış keçirilən zaman atəşə yararlı “Makarov” markalı tapança, həmin silaha aid 4 ədəd 9 mm-lik patron və 1 ədəd sandıqca aşkar edilərək götürülüb.

Bundan başqa polis əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində qanunsuz olaraq narkotik maddə əldə edib saxlamaqda şübhəli bilinən Omran Kulaib və Elşad İsrafilov saxlanılıb. Saxlanılan şəxslərin üzərlərindən narkotik maddə olan metamfetamin aşkar olunaraq götürülüb.

Faktlarla bağlı araşdırmalar davam etdirilir.

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir