Dünya

“Marvel” superqəhrəmanların xronologiyası üzrə kitab buraxacaq

Sharing is caring!

“Marvel Studios” və “Penguin Random House” nəşriyyatı superqəhrəmanlar kainatındakı hadisələrin ətraflı xronologiyasını əks etdirən kitab buraxacaq. Onun təqdimatı 5 sentyabr 2023-cü ildə baş tutacaq.

Kitabda Böyük Partlayışdan superqəhrəmanlar kainatındakı bütün tarixi hadisələr – Dəmir Adamın zirehlərinin təkamülü, Sonsuzluq Daşları ovu, Yadplanetlilərin Yer kürəsini neçə dəfə işğal etdiyi və ya Kapitan Amerikanın qalxanının bütöv tarixçəsi əks olunacaq.

Kitabın müəllifləri jurnalistlər Entoni Breznikan, Emi Retkliff və Rebekka Teodor-Vakondur.

“Marvel Sinematik Kainatının Rəsmi Xronologiyası” adlı kitab superqəhrəman kainatında baş verənlərlə bağlı çoxsaylı fərziyyələrə və izahatlara son qoymalıdır.

Mənbə: daily.afisha.ru

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir