Dünya

Tanınmış jurnalistin üç il müddətinə Ukraynaya girişi qadağan edilib

Sharing is caring!

Kanada və İtaliya vətəndaşı olan tanınmış jurnalist Savik Şusterə üç il müddətinə Ukraynaya giriş qadağan edilib.

Savik Şuster əvvəllər NTV-də işləyib, sonra Ukraynaya köçüb və burada özünün siyasi tok-şoularını yaradıb. Son zamanlar o, Rinat Axmetovun “Ukrayna 24” telekanalında çalışıb. Oliqarxla Zelenskinin Ofisi arasında olan münaqişədən sonra Şusterin “Söz azadlığı” proqramı Ukrayna hakimiyyətinin əsas tənqid platformasına çevrilib. Ukrayna prezidenti isə jurnalisti “ölkədə vəziyyətin sabitliyini pozan” adlandırıb.

Hazırda Şuster (fevraldan bəri İtaliyadadır) “qara siyahı”ya salınıb. Əgər o, Ukrayna sərhədini keçməyə cəhd etsə, heç bir açıqlama verilmədən hərbi vəziyyət rejimi əsasında ölkəyə buraxılmayacaq.

Mənbə: “Mash” “Telegram”

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir