Dünya

Ceyhun Bayramov özbəkistanlı həmkarı ilə DANIŞDI

Sharing is caring!

Bu gün Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov ilə Özbəkistanın xarici işlər naziri vəzifəsini icra edən Baxtiyor Saidov arasında telefon danışığı olub.

Xarici İşlər Nazirliyindən Oxu.Az-a verilən xəbərə görə, Ceyhun Bayramov Baxtiyor Saidovu xarici işlər naziri vəzifələrini icra etməsi münasibətilə təbrik edib və ona uğurlar arzulayıb.

Ceyhun Bayramov ortaq maraq və dəyərlərə əsaslanan iki ölkə arasında mövcud çoxşaxəli əməkdaşlığın inkişafı üçün birgə səylərin davam etdiriləcəyindən əmin olduğunu bildirib.

Tərəflər iki ölkə arasında qardaşlıq, dostluq və strateji tərəfdaşlıq münasibətlərinin müxtəlif aspektlərinə dair fikir mübadiləsi aparıblar.

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir