Müharibə

Laçın polisi Xocavənddə 33 ədəd mina tapdı – Foto

Sharing is caring!

Laçın Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən minaların aşkar edilməsi istiqamətində uğurlu tədbir həyata keçirilib.

DİN-in Mətbuat Xidmətinin Bərdə regional qrupundan verilən məlumata görə, Laçın Rayon Polis Şöbəsinin əməkdaşları xidməti fəaliyyətlə əlaqədar Xocavənd rayonunun Üçtəpə adlanan ərazisində olan zaman orada düşmən tərəfindən qoyulmuş xeyli sayda mina aşkar ediblər.

Dərhal bu barədə Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyinin əməkdaşlarına məlumat verilib. Əraziyə baxış keçirilən zaman müxtəlif adda tank və piyada əleyhinə 33 ədəd mina müəyyən edilib və müvafiq tədbirlərlə həmin minaların təhlükəsiz şəkildə partladılması təmin olunub.

Laçın polisi Xocavənddə 33 ədəd mina tapdı  - Foto
Laçın polisi Xocavənddə 33 ədəd mina tapdı  - Foto

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir