Dünya

Finlandiya müdafiə naziri: “2023-cü ilin iyuluna kimi NATO-ya üzv olacağımıza inanıram”

Sharing is caring!

“NATO-nun 2023-cü il iyulun 11-12-də Vilnüsdə keçiriləcək sammitinə qədər ölkə Alyansa üzv olacaq”.

Bu barədə Finlandiyanın müdafiə naziri Antti Kaykkonen bildirib.

“Düşünürəm ki, Vilnüs sammitinə qədər Finlandiyanın NATO-ya üzv olacağına inanmaq üçün kifayət qədər əsaslar var”, – deyə Kaykkonen qeyd edib.

“Biz NATO-ya üzvlük meyarlarına cavab veririk. Eyni zamanda Finlandiya, İsveç və Türkiyənin Madrid sammitində imzaladığı anlaşma memorandumuna sadiqik”, – deyə nazir əlavə edib.

Mənbə: Evropeyskaya pravda

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir