Dünya

“Məhvedici” il: 2022-ci ildə dünyada öldürülən jurnalistlərin sayı açıqlandı

Sharing is caring!

Mərkəzi ofisi Avstriyanın paytaxtı Vyanada olan Beynəlxalq Mətbuat İnstitutu (IPI) bu il peşələrinə görə öldürülən mətbuat mənsubları ilə bağlı məlumatlar paylaşıb.

2022-ci ilin jurnalistlərin təhlükəsizliyi üçün “məhvedici” il olduğunu qeyd edən IPI bu il 66 jurnalist və mətbuat işçisinin işini görərkən həlak olduğunu açıqlayıb.

Açıqlamada 2021-ci ildə öldürülən jurnalistlərin sayının 45 olduğu, bu il isə 66-ya yüksəldiyi bildirilərək, bu həyəcanverici artıma diqqət çəkilib.

Bu il 14 jurnalistin Meksikada, 9 mətbuat mənsubunun Rusiya-Ukrayna müharibəsini izləyərkən öldürüldüyü barədə məlumatı paylaşan IPI sayın artmasında bu iki bölgədəki itkilərin ciddi rol oynadığını bildirib.

IPI bütün dünyadakı hakimiyyət orqanlarını cəzasızlığa son qoyulmasına və jurnalistlərin müdafiəsini təmin etməyə çağırır.

Qeyd edilib ki, IPI 1997-ci ildən etibarən qətlə yetirilən jurnalistlərlə bağlı hesabat və araşdırmalar aparır.

Jurnalistlərə qarşı zorakılığın qlobal problem olması və günahkarların cəzasız qalmasının zorakılığa yol açdığı vurğulanıb.

Mənbə: Anadolu

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir