Dünya

İstanbulda rusiyalı iş adamı “Lamborghini” markalı avtomobili ilə qəzaya uğrayıb – FOTO

Sharing is caring!

Türkiyənin İstanbul şəhərində rusiyalı iş adamı “Lamborghini” markalı avtomobili ilə qəzaya uğrayıb.

Hadisə Beylikdüzü rayonunda Ambarlı Limanında baş verib. Bazar dəyəri 26 milyon lirə (2 milyon 400 min manat) olan avtomobil idarəetməni itirərək baryerlərə çırpılıb və yararsız hala düşüb. Lakin qəza nəticəsində xəsarət alan olmayıb.

Rusiyalı iş adamının kimliyi dəqiqləşdirilməyib.

Polis tərəfindən qəza ilə bağlı protokol tərtib olunduqdan sonra avtomobil dayanacağa aparılıb.

Avtomobilin sahibi olan rusiyalı iş adamı isə vəkili ilə birlikdə polis idarəsinə gedib.

Mənbə: Haber Global

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir