Dünya

İtaliya Çindən gələnlər üçün məcburi COVID testi tətbiq etdi

Sharing is caring!

İtaliya Çindən ölkə ərazisinə gələn bütün şəxslər üçün məcburi koronavirus testi tətbiq edib.

Müvafiq əmri İtaliyanın səhiyyə naziri Oratsio Skillaçi imzalayıb.

O, bildirib ki, belə bir tədbir əhalini qorumaq və virusun ehtimal olunan yeni variantlarını müəyyən etmək üçün lazımdır.

Test tələbi Çindən gələn tranzit sərnişinlər üçün də keçərlidir.

Qeyd edək ki, Çin Milli Səhiyyə Komissiyasının qapalı iclasına istinadən yaylan xəbərə görə, dekabrın əvvəlindən Çində 250 milyon insan koronavirusa yoluxub ki, bu da ölkə əhalisinin təxminən 18%-ni təşkil edir.

Mənbə: nsn.fm

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir