İdman Manşetüstü

Olimpiya çempionu koronavirusa görə karyerasını bitirdi

Sharing is caring!

Norveçin xizəksürmə üzrə olimpiya çempionu Astrid Yakobsen karyerasını başa vurub.

Xəbəral.az  NRK nəşrinə istinadən xəbər verir ki, 33 yaşlı idmançı koronavirus pandemiyasına görə bu addımı atıb.

Yakobsen hazırda necə səhiyyə işçisi olacağını karyerasından daha çox düşündüyünü bildirib.

Xanım idmançı hazırda aldığı təhsilini başa vuraraq, bir ildən sonra həkim olacaq.

Qeyd edə ki, Astrid Yakobsen 2018-ci il Pxençan Qış Olimpiya Oyunlarında qızıl medal qazanıb. O, üçqat dünya çempionu olmaqla yanaşı, Dünya Kubokunun da qalibidir.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir