Dünya

Filippində təbii fəlakət: Fövqəladə vəziyyət tətbiq edildi, məktəblər bağlandı

Sharing is caring!

Filippində güclü yağışların səbəb olduğu daşqınlar nəticəsində azı 25 nəfər ölüb, 26 nəfər itkin düşüb.

Daşqınlar respublikanın 10 rayonunda 393 mindən çox insana ziyan vurub.

81,4 min insan 292 təxliyə məntəqəsində yerləşdirilib. Azı 1420 insan evlərini əvvəlcədən tərk edib. 9 nəfər müxtəlif dərəcəli bədən xəsarətləri alıb.

Daşqınlar 123 yol və 12 körpüyə, 15 dəniz limanına ziyan vurub.

67 şəhər və 70 bələdiyyədə müvafiq olaraq təhsil müəssisələrində dərslər və müəssisələrdə iş dayandırılıb. İki şəhərdə fövqəladə vəziyyət rejimi tətbiq edilib.

Mənbə: TASS

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir