Cəmiyyət

Ağsuda qanunsuz ov edən Kürdəmir sakinləri saxlanılıblar

Sharing is caring!

Ağsu Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilən tədbirlər zamanı rayonun Cəlayir kəndi ərazisində qanunsuz ov edən şəxslər saxlanılıblar.

DİN-in Mətbuat Xidmətinin Şəki regional qrupundan Oxu.Az-a verilən məlumata görə, araşdırma zamanı onların Kürdəmir rayon sakinləri – Orxan Rəhimov, Bəhlul Cabbarov və Nazim Qənbərov olduqları müəyyən edilib. Həmin şəxslərdən “İJ” markalı ov tüfəngi və qanunsuz olaraq ovladıqları çöl quşları aşkarlanıb.

Faktla bağlı təhqiqat qrupu tərəfindən araşdırma aparılır.

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir