Dünya

Budanov: “Rusiya İranın ballistik raket satacağını gözləyir”

Sharing is caring!

“Ukrayna kəşfiyyatının məlumatına görə, İran hələlik Rusiyaya kamikadze-dronlardan başqa heç bir silah verməyib, Çin isə ümumiyyətlə hərbi yardım göstərmək niyyətində deyil”.

Bu barədə Ukrayna Müdafiə Nazirliyinin Baş Kəşfiyyat İdarəsinin rəisi Kirill Budanov bildirib.

Onun sözlərinə görə, İran Rusiyaya bir neçə növ dron ötürsə də, medianın yazdığı ballistik raket tədarükü barədə məsələ hələ təsdiqini tapmayıb. 

“Hamı bunun baş verməməsi üçün çalışır. İranın özü də başa düşdü ki, bunu Rusiyaya çatdırmaq nə dərəcədə asandır, amma bunu dünya qəbul etmir. Hətta onların normal ünsiyyətə öyrəşdiyi dünya da”, – Budanov bildirib.

O qeyd edib ki, İran “Şahed-136” və “Şahed-131” PUA-larından başqa, taktiki və texniki xüsusiyyətlərinə görə “Bayraktar”a bənzəyən böyük “Mohajer-6” PUA-sını da ruslara təhvil verib.

“Ruslar onlardan sursat almağa çalışır və iranlıların ballistik raket satmalarını istəyirlər. Lakin İran bir dənə də olsun raket ötürməyib. Çin də heç bir silah ötürməyib. Belə başa düşürük ki, ötürməyəcək də”, – deyə o vurğulayıb.

Mənbə: Liga.net

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir