Dünya

Norveç kralı yelkənli idman yarışlarından imtina etdi

Sharing is caring!

Norveç kralı V Harald bütün yetkin həyatı boyu məşğul olduğu yelkənli idman yarışlarında artıq iştirak etməmək qərarına gəlib.

Bu ilin fevral ayında 85 yaşı tamam olan monarx 2019-cu ildə İspaniya kralı VI Filiplə reqataya qatılıb. Yarışlar koronavirus pandemiyasının başlamasına az qalmış Mayorkada keçirilib.

Gənclik illərində V Harald yelkənli idman növləri üzrə üç dəfə – 1964-cü ildə Tokioda, 1968-ci ildə Mexikoda və 1972-ci ildə Münhendə keçirilən Olimpiya Oyunlarında yarışıb.

Haraldın iştirakı ilə Norveç yığması heç vaxt podiuma çıxmayıb. Lakin bir dəfə – Tokioda o, Olimpiya Oyunlarının açılış mərasimində Norveçin bayrağını daşımaq şərəfinə nail olub.

Mənbə: gazeta.ru

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir