Dünya

İranın Londondakı səfiri etirazçılardan qaçdı – VİDEO

Sharing is caring!

Ötən gecə İranın Londondakı səfiri oğlu ilə birgə işdən çıxıb avtomobilinə minmək istəyərkən etirazçılarla qarşılaşıb. Bunu görən səfir dərhal səfirliyə qayıdıb.

Bu barədə “Azad İran” “Telegram” kanalı məlumat verib.

Etirazçılar diplomatın arxasınca “binamus”, “ölüm olsun Xameneiyə” şüarlarını səsləndiriblər.

İngiltərədə yaşayan və molla rejimindən narazı iranlılardan biri bununla bağlı danışıb.

“Biz İranın Londondakı səfirliyinin önündə çadır quracağıq. İstər boran, yağış, qar olsun, istərsə də Yeni il bayramı, burada davamlı aksiya keçirəcəyik. Xameneinin bayrağı səfirliyin binasından endirilənə qədər burada qalacağıq”, – deyə o qeyd edib.

 

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir