Cəmiyyət

Biləsuvarda kəndlər internet üzünə həsrət qalıb – VİDEO

Sharing is caring!


Biləsuvarın Yuxarı Ağalı kəndi internet üzünə həsrət qalıb.

Kənd sakinləri bildiriblər ki, hər ay müəyyən məbləğdə pul yığılsa da, internet demək olar ki, verilmir. Mindən çox sakini olan kənddə internet ötən əsrin 70-ci illərində çəkilən rabitə xətləri ilə verilir.

Külək əsəndə köhnə dirəklərdən keçən xətlərdə ya qırılma baş verir, ya da elektrik naqilləri ilə bu xətlər bir-birinə toxunur.

Sakinlər qeyd ediblər ki, məsələ ilə bağlı aidiyyəti qurumlara müraciət olunsa da, problem həll olunmayıb:

“Dedilər ki, bir həftəyə internet çəkiləcək, iki ildir xəbər yoxdur”.

Ətraflı Baku TV-nin süjetində:

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir