Siyasət

Metyu Miller: “Biz heç vaxt Azərbaycanla təmasları dayandırırıq deməmişik”

Sharing is caring!


“ABŞ administrasiyası Azərbaycanla qarşılıqlı əlaqələrdən əl çəkmək niyyətində deyil”.

Bu barədə jurnalistlərə növbəti brifinq zamanı ABŞ Dövlət Departamentinin Mətbuat Xidmətinin rəhbəri Metyu Miller bildirib.

Onun sözlərinə görə, sözügedən əlaqələr ABŞ-nin milli maraqlarına cavab verir.

“Biz heç vaxt Azərbaycanla əməkdaşlığı davam etdirməyəcəyimizi deməmişik. Bu, Amerika Birləşmiş Ştatları olaraq bizim maraqlarımıza ziddir”, – diplomat cavab verib.

O, qeyd edib ki, ABŞ “həm Azərbaycan, həm də Ermənistanla birbaşa qarşılıqlı əlaqəni davam etdirir”.

Mənbə: TASS

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir