Dünya

İran dronlarında ABŞ texnologiyaları aşkar olundu: İşçi qrupu yaradıldı

Sharing is caring!

ABŞ prezidenti Co Baydenin administrasiyası Rusiyanın Ukraynaya hücum zamanı istifadə etdiyi İran kamikadze dronlarında Qərb texnologiyalarının necə peyda olmasını öyrənmək üçün işçi qrupu yaradıb.

Bir neçə ABŞ rəsmisinin sözlərinə görə, qrupa bütün əsas qurumlar – Pentaqon, Dövlət Departamenti, Ədliyyə Nazirliyi, Ticarət Nazirliyi və ABŞ Maliyyə Nazirliyinin nümayəndələri daxil edilib.

Məlumata görə, işçi qrupun vəzifələrindən biri İranın pilotsuz uçuş aparatlarında Qərb texnologiyalarının necə peyda olmasını bütün ABŞ istehsalçıları ilə müzakirə etmək olacaq.

Bildirilir ki, İranın dronlarında texnologiyaları aşkarlanan Amerika şirkətlərindən biri “Texas Industries”dir. Halbuki, şirkət məhsullarının İran, Belarus və ya Rusiyaya satışını təkzib edib.

Mənbə: rbc.ua

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir