Dünya

Fransa səfiri Rusiya XİN-ə çağırıldı

Sharing is caring!

Fransanın xarici işlər naziri Ketrin Kolonnanın Mərkəzi Afrika Respublikasında “Rus Evi”nin rəhbərinə sui-qəsd cəhdi ilə bağlı bəyanatı ilə əlaqədar Fransanın Moskvadakı səfiri Pyer Levi Rusiya Xarici İşlər Nazirliyinə çağırılıb.

Qurumdan ona etiraz məktubu təqdim edilib.

“Çərşənbə günü, dekabrın 21-də Fransa Respublikasının Rusiya Federasiyasındakı səfiri Pyer Levi Rusiya Xarici İşlər Nazirliyinə çağırılıb. Dekabrın 16-da Mərkəzi Afrika Respublikasında “Rus Evi”nin rəhbəri Dmitri Sıtoya sui-qəsd cəhdi ilə bağlı Fransa Respublikasının Avropa və Xarici İşlər Naziri Ketrin Kolonnanın bəyanatları ilə bağlı ona sərt etiraz bildirilib”. – Rusiya Xarici İşlər Nazirliyinin bəyanatında qeyd olunub.

Mənbə: kommersant.ru

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir