Dünya

Argentinanın çempionluq paradında faciə ardınca faciə yaşandı

Sharing is caring!

Təəssüf ki, Argentina millisinin çempionluq paradı faciəsiz ötüşməyib.

Belə ki, qələbəni qeyd edən azarkeş evin damına çıxaraq atlanıb-düşməyə başlayıb.

Nəticədə dam çöküb, kişi isə kəllə-beyin travması alaraq həyatını itirib.

Bundan başqa, qələbəni qeyd edən insanlar beş yaşlı uşağın komaya düşməsinə səbəb olublar.

Belə ki, bir neçə fanat abidənin üzərinə çıxıb və nəticədə abidədən qopan mərmər parçası uşağın başına düşüb.

Həmçinin Argentinanın bir neçə şəhərində polislə azarkeşlər arasında toqquşma olub. İnsident nəticəsində 100-ə yaxın insan yaralanıb, saxlanılan var.

Mənbə: La Nacíon

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir