Dünya

ABŞ ən bahalı bombardmançı təyyarələrin uçuşlarını dayandırdı – FOTO

Sharing is caring!

ABŞ Hərbi Hava Qüvvələri dünyanın ən bahalı təyyarələri olan “B-2” “Spirit” bombardmançı təyyarələrinin iyirmisinin də uçuşunu dayandırıb.

Buna səbəb təhlükəsizliklə bağlı yaranan problemlər və bu səbəbdən aparılan yoxlamalardır.

Bu barədə Hərbi Hava Qüvvələrinin rəsmi nümayəndəsi Bet Del Vekkio məlumat verib.

O qeyd edib ki, təyyarələrdən biri uçuş zamanı nasazlıq səbəbindən təcili eniş etməyə məcbur olub və buna görə də “B-2” üçün yeganə uçuş-enmə zolağı bağlanıb.

Del Vekkio bildirib ki, komandanlıq bütün donanmanın uçuşlarının dayandırılması barədə qərar qəbul edib. Bu fasilənin nə qədər davam edəcəyi məlum deyil. Çünki baş verən hər hadisənin səciyyəvi xüsusiyyətləri var və gələcəkdə riskləri minimuma endirmək üçün qiymətləndirmələr aparılır.

“Təhlükəsizlik məsələləri ilə bağlı təhqiqatlar başa çatdıqdan sonra normal iş fəaliyyətini bərpa edəcəyik”, – deyə ABŞ Hərbi Hava Qüvvələrinin nümayəndəsi əlavə edib.

Mənbə: TASS

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir