Cəmiyyət

Bu il sığınacaqlara yerləşdirilən şəxslərin sayı açıqlandı – FOTO

Sharing is caring!

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindəki Sosial Xidmətlər Agentliyinin Həssas əhali qruplarından olan şəxslər üçün Sığınacaq və Sosial Reabilitasiya Müəssisəsinə bu il 178 nəfər qəbul olunub.

Bununla bağlı Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyindən məlumat verilib.

Həmin şəxslər yaş qruplarına uyğun müəssisənin müvafiq bölmələrinə qəbul ediliblər.

Onların bir hissəsi müəssisədə artıq sosial rebilitasiya kursunu başa vurub. Hazırda burada 45-i qadın, 58-i kişi olmaqla 103 sakinə stasionar şəraitdə reabilitasiyayönümlü sosial xidmətlər davam edir.

Ötən il qəbul olunan şəxslər də daxil olmaqla bu il müəssisədə 300-ə yaxın şəxsə sosial xidmətlər göstərilib.

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir