Cəmiyyət

Şuşa, Kəlbəcər və Laçın üçün hava proqnozu AÇIQLANDI

Sharing is caring!

Şuşa, Kəlbəcər və Laçında dekabrın 20-də gözlənilən hava şəraiti haqda proqnoz açıqlanıb.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Xidmətindən verilən məlumata görə, Kəlbəcər və Laçında hava şəraitinin yağıntılı olacağı, arabir qar yağacağı, bəzi ərazilərdə intensivləşəcəyi, qərb küləyinin arabir 15-18 m/s-dək güclənəcəyi, çovğun, duman olacağı gözlənilir. Havanın temperaturu gecə 10-15 dərəcə şaxta, gündüz 5-8 dərəcə şaxta olacaq.

Dekabrın 21-i gündüz, 22-də havanın əsasən yağmursuz keçəcəyi, arabir duman olacağı gözlənilir. Yollar buz bağlayacaq.

Dekabrın 20-də arabir qar yağacağı gözlənilir. Bəzi ərazilərdə intensivləşəcəyi ehtimalı var. Ayrı-ayrı yerlərdə arabir duman olacaq. Qərb küləyi 5-10 m/s, bəzi yerlərdə arabir 15-18 m/s-dək güclənəcək. Havanın temperaturu gündüz 3-7 dərəcə şaxta, axşam 9 dərəcəyədək şaxta olacaq.

Dekabrın 21-də arabir qar yağacağı, gündüz tədricən kəsiləcəyi, axşama doğru əsasən yağmursuz keçəcəyi gözlənilir. Bəzi yerlərdə arabir duman olacaq. Qərb küləyi 3-8 m/s təşkil edəcək. Havanın temperaturu gecə 10-15 dərəcə şaxta, gündüz 3-8 dərəcə şaxta olacaq.

Dekabrın 22-də havanın şəraitinin əsasən yağmursuz keçəcəyi, arabir duman olacağı gözlənilir. Zəif qərb küləyi əsəcək. Havanın temperaturu gecə 10-15 dərəcə şaxta, gündüz 0-5 dərəcə şaxta olacaq.

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir