Dünya

Şolts: “Putin fundamental səhv etdi, planlarının heç biri baş tutmadı”

Sharing is caring!

Almaniya kansleri Olaf Şolts əmindir ki, Rusiya Prezidenti Vladimir Putin Avropa ölkələrinin strukturu ilə bağlı baxışlarında fundamental səhvə yoll verib və Avropa ilə ABŞ-ın birliyini düzgün qiymətləndirməyib.

Almaniya hökumətinin başçısı çərşənbə günü, dekabrın 14-də Aİ sammitindən əvvəl Bundestaqda hökumətin bəyanatı ilə çıxış edərkən bildirib ki, Rusiya rəhbərliyi “qaz klapanını bağlamaqla” Avropa həmrəyliyini poza bilməyib.

“Putinin planlarının heç biri baş tutmadı”, – deyə kansler Ukraynaya kütləvi dəstək və silah tədarükünə işarə edib. O, Ukraynanı bütün vasitələrlə “məhz lazım olduğu qədər” dəstəkləyəcəyinə söz verib.

Mənbə: dw.com

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir