Dünya manset

“Putin mənə söz verdi ki, Türkiyənin…” – Paşinyandan şok sözlər

Sharing is caring!

“Rusiya Prezidenti Vladimir Putin mənə söz verdi ki, Türkiyənin əməliyyat bölgəsindəki ermənilərin təhlükəsizliyi təmin ediləcək”.

XəbərAl.az xəbər verir ki, bunu “Kommersant” qəzetinə müsahibəsində Ermənistanın Baş naziri Nikol Paşinyan deyib.

Paşinyan müsahibədə Türkiyə ordusunun Suriyadakı əməliyyat bölgəsində minlərlə erməninin yaşadığını bildirib:

“Vladimir Putin Rusiyanın Suriya ermənilərinin təhlükəsizliyinə zəmanət verəcəyini və sözünə əməl edəcəyini vəd etdi. Suriyanın şimalında 3 minə yaxın erməninin yaşadığı Qamışlı şəhəri var. Bu barədə Rusiya prezidenti ilə danışdım. Narahatlığımız var idi və Rusiya prezidentindən xahiş etdim ki, xüsusilə Qamışlıda ermənilərin maraqlarını nəzərə alsınlar.

Bir müddət əvvəl Türkiyənin əməliyyatları səbəbindən bölgədə gərginlik yüksək idi. Buna görə də həmin bölgədə yaşayan ermənilərin təhlükəsizliyini nəzərə alındığı üçün Vladimir Putinə təşəkkür edirik”.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir