Hadisə

“Prava”sız maşın sürən deputat Məşhur Məmmədovun qızının ölkədən getmə səbəbi bilindi- Ərindən boşanıb və…

Sharing is caring!

Bir müddət öncə Millət vəkili Məşhur Məmmədovun oğlu Məmməd Şahbazovdan sonra qızı Mədinə Şahbazovanın da Amerikaya köçməsi gündəmə gəlmişdi.

Xəbəral.az-a deputatın yaxın ətrafından daxil olan məlumata görə, deputatın qızı boşandığı və eks-əri ilə aralarındakı problemə görə belə bir addım atılb. Mədinə xanım atası millət vəkili Məşhur Məmmədovun da həm məsləhəti, həm də maddi dəstəyi sayəsində Nyu -Yorkda yaşamağa başlayıb. Təbii ki, bu köç onu işsiz qoymayıb. Mədinə Şahbazova rəhbəri olduğu Masallı şəhər 1 saylı Uşaq bağçasının səlahiyyətlərini bacısı Məna Şahbazovaya yönləndirib.

Saytımıza verilən məlumatda iddia olunur ki, hazırda o qardaşı Məmməd Şahbazovun qurduğu şirkətlərdən birində rəhbər postdadır.

Bildirək ki, deputatın övladları babalarının (Məşhur Məmmədovun atası Şahbaz Məmmədovun) adını soyad olaraq qəbul ediblər.//AMİA.AZ//

Xəbəral.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir