Dünya

İranın Londondakı müvəqqəti işlər vəkili Britaniya XİN-ə çağırıldı

Sharing is caring!

İranın Londondakı müvəqqəti işlər vəkili Mehdi Hüseyni Mətin respublikada etirazçıların edam edilməsi ilə bağlı xəbərlərin yayılması fonunda Britaniya Xarici İşlər Nazirliyinə çağırılıb.

Bu barədə Britaniya XİN-in cümə günü yaydığı məlumatda deyilir.

“İran rejimi tərəfindən Möhsün Şəkərinin edam edilməsi hiddətləndiricidir. O, günaha mütənasib olmayan hökmlərin, siyasi motivli məhkəmələrin və işgəncə altında etirafların hökm sürdüyü hüquq sisteminin faciəvi qurbanıdır. Biz İran hakimiyyətinə mövqeyimizi açıq şəkildə bildirmişik. İran dərhal edamları dayandırmalı və öz xalqına qarşı zorakılığa son qoymalıdır”, – Britaniyanın xarici işlər naziri Ceyms Kleverli bildirib.

Qeyd edək ki, cümə axşamı təhlükəsizlik güclərindən birinə hücum etməkdə və yaralamaqda günahkar bilinən iranlı iğtişaşçının edam edildiyi barədə xəbər yayılıb. Məlumata görə, həmin şəxsin adı Möhsün Şəkəri olub. O, Tehranda küçələrinin birində nəqliyyatın hərəkətinin qarşısını almaqda iştirak edib və təhlükəsizlik qüvvələrinin birinə bıçaqla xəsarət yetirib.

Mənbə: TASS

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir