Dünya

İndoneziyada polis idarəsinə hücum: Ölən və xəsarət alanlar var – FOTO

Sharing is caring!

İndoneziyanın Qərbi Yava əyalətinin Bandunq şəhərində səhər saatlarında üzərində partlayıcı maddə olan şəxs polis idarəsinin həyətinə daxil olaraq özünü partladıb.

Hüquq-mühafizə orqanlarından verilən məlumata görə, insident nəticəsində bir polis əməkdaşı ölüb, yeddisi müxtəlif dərəcəli bədən xəsarətləri alıb.

Hazırda xüsusi istintaq komitəsinin əməkdaşları əraziyə baxış keçirirlər.

Hadisənin terror hücumu olub-olmadığı araşdırılır.

Mənbə: İHA

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir