Dünya

Ukraynada nüvə müharibəsi gözlənilir? – VİDEO

Sharing is caring!

Ukraynada müharibə davam edir.

Baku TV-nin bu ölkədə olan əməkdaşı Mübariz Aslanov Ukraynadan son məlumatları çatdırıb.
O bildirib ki, Ukrayna şəhərlərinin yenidən raket hücumlarına məruz qalacağı ilə bağlı xəbərdarlıq edilir.

Məlumata görə, son iki gündə ağır döyüşlər, əsasən, Ukraynanın cənubunda və şərqində gedir.

“Dnepropetrovsk, Nikolayev şəhərləri, Xersonun azad edilmiş əraziləri yenidən raket hücumlarına məruz qalıb. Donetsk vilayətinin Baxmut şəhərində ölüm-dirim mübarizəsi gedir”, – deyə jurnalist qeyd edib.

O da bildirilib ki, Ukrayna xüsusi xidmət orqanları ölkənin əksər şəhərlərindəki kilsələrdə Rusiya casusları aşkarlayırlar. Bununla bağlı yoxlamalar aparılır.

M.Aslanov Ukrayna Prezident Ofisi rəhbərinin müşaviri Mixail Podolyakın Baku TV-yə Rusiyanın Ukraynaya nüvə hücumunun olub-olmayacağı ilə bağlı açıqlamasından da danışıb.

“Podolyak üstüörtülü şəkildə dedi ki, artıq dünyanın iri dövlətləri Rusiya liderinə başa salıblar ki, nüvə silahından istifadənin nəticələri ağır olacaq. Çünki müharibə qaydaları var, Ukrayna nüvə ölkəsi deyil. Ona qarşı nüvə silahından istifadə edilə bilməz”, – deyə qeyd edilib.

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir