Cəmiyyət

Bakıda ofisə basqın edildi, obyekt sahibi döyüldü

Sharing is caring!

Bakıda ofisə basqın edilib.

“Trend”in məlumatına görə, hadisə paytaxtın Nərimanov rayonunun Əhməd Rəcəbli küçəsində yerləşən ofislərin birində baş verib.

Dünən gecə saatlarında Samir Qarayev adlı şəxs idmançı dostu ilə birlikdə ofisə daxil olaraq obyekt sahibi Allahverdiyev Musa Allahverdi oğlunu döyüb. M.Allahverdiyev ağır vəziyyətdə xəstəxanaya çatdırılıb.

Daxili İşlər Nazirliyindən bildirilib ki, hadisə ilə bağlı daxil olan məlumat əsasında polis əməkdaşlarının gördükləri tədbirlərlə hər iki şəxs – S.Qarayev və H.Məmmədzadə – müəyyən olunaraq saxlanılıb.

Xəsarətlərin dərəcəsini müəyyən etmək üçün müvafiq ekspertiza təyin olunub.

Faktla bağlı zəruri istintaq hərəkətləri davam etdirilir.

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir