Dünya

Mərmərə dənizində iki yük gəmisi toqquşub – FOTO

Sharing is caring!

Türkiyədə Mərmərə dənizində Boğaziçi yaxınlığında iki türk yük gəmisi toqquşub.

Bu barədə Türkiyə Sahil Mühafizəsi məlumat verib.

Qurumun məlumatına görə, hadisə Ahırkapı lövbər dayanacağında baş verib. 126 metrlik “Burhan Dizman” yük gəmisi 147 metrlik “Turan” konteyner gəmisi ilə toqquşub.

“Hadisə yerinə bir yedək gəmisi, iki pilot-kapitanla birlikdə iki sürətli qayıq göndərilib”, – deyə məlumatda bildirilib.

Qurumun digər bir açıqlamasında qeyd edilib ki, yükdaşıyanlar təhlükəsiz şəkildə “Ahırkapı” lövbər dayanacağına bağlanıb.

Hadisənin nəticələri barədə məlumat verilmir.

Mənbə: TASS

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir