Cəmiyyət

Bakıda ev yanıb, sakinlər təxliyə edilib

Sharing is caring!

Bakı şəhərinin Nizami rayonunda ev yanıb.

Bu barədə Fövqəladə Hallar Nazirliyi məlumat yayıb.

Bildirilib ki, ümumi sahəsi 110 kvadratmetr olan birmərtəbəli 2 otaqlı evin bir otağının tavanı və dam örtüyünün yanar konstruksiyaları 18 kvadratmetr sahədə, bitişik ümumi sahəsi 45 kvadratmetr olan birmərtəbəli evin bir ədəd pəncərə çərçivəsi yanıb.

Yanğın zamanı yanğınsöndürənlər tərəfindən tüstü dolmuş evdən 2 nəfər təhlükəsiz əraziyə təxliyə olunub.

Hər iki evin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir