Cəmiyyət

Abşeronda piyadanı vuran sürücü hadisə yerindən qaçıb – FOTO

Sharing is caring!

Xırdalan şəhərində avtomobil qəzası qeydə alınıb.

APA xəbər verir ki, hadisə Heydər Əliyev prospektində baş verib.

Belə ki, yolu keçən gənc oğlanı naməlum markalı avtomobil vurub.

Sürücü hadisəni törətdikdən sonra ərazidən uzaqlaşıb.

Ağır xəsarət alan piyada təcili tibbi yardım vasitəsilə xəstəxanaya çatdırılıb.

Həkimlər onun vəziyyətinin kritik olduğunu bildirir.

Abşeron Rayon Polis İdarəsinin əməkdaşları hadisəni törədən sürücünün axtarışına başlayıb.

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir