Dünya

NATO-da Ukrayna, Moldova və Gürcüstana dəstəyin gücləndirilməsi müzakirə ediləcək

Sharing is caring!

NATO-ya üzv ölkələr Buxarestdə keçiriləcək iclasda Ukrayna, Moldova, Gürcüstan, həmçinin Bosniya və Herseqovinaya dəstəyin gücləndirilməsini müzakirə edəcəklər.

Bu barədə bazar ertəsi NATO-nun baş katibi Yens Stoltenberq Rumıniya prezidenti Klaus İohannislə görüşündə bildirib.

“Buxarestdə NATO-nun xarici işlər nazirləri Ukraynaya, eləcə də Rusiyanın təzyiqi ilə üzləşən digər tərəfdaşlara – Bosniya və Herseqovina, Gürcüstan və Moldovaya dəstəyimizi gücləndirmək yollarını nəzərdən keçirəcəklər”, – Stoltenberq bildirib.

NATO-nun baş katibi Qara dəniz regionunun gələcək danışıqlar üçün əhəmiyyətini də qeyd edib.

“Bu gün görüşümüzdə bütün NATO üçün strateji əhəmiyyət kəsb edən Qara dəniz regionunda təhlükəsizliyi müzakirə etdik”, – deyən Stoltenberq Rusiyanın Ukraynadakı hərəkətlərinə cavab olaraq alyansın Baltikyanı və Qara dəniz bölgələrində mövcudluğunu gücləndirdiyini qeyd edib.

Xatırladaq ki, noyabrın 28-30-da Buxarestdə NATO ölkələrinin diplomatik nümayəndəlikləri rəhbərlərinin görüşü keçirilir.

Mənbə: TASS

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir