Dünya

İki NATO ölkəsi “dünyada analoqu olmayan” məhsula görə mübahisə etdi: İngiltərə Belçikanı hədələdi

Sharing is caring!

Belçika hökuməti Böyük Britaniya üçün olduqca əhəmiyyətli olan razılaşmanı bloklayıb.

Razılaşma Birləşmiş Krallığın Nüvə Silahından Çəkindirmə Qüvvələrinin döyüş hazırlığına gətirilməsi üçün kritik əhəmiyyət kəsb edən texnologiyaların Böyük Britaniyaya tədarükünü nəzərdə tutur.

Hər iki ölkənin NATO üzvü olmasına baxmayaraq, Belçika bu razılaşmanı blok edib.  

Burada söhbət nüvə tullantılarının idarə edilməsi üçün istifadə olunan xüsusi yüksək təzyiqli izostatik presdən gedir. Bu pres Antverpendə ABŞ-Belçika şirkəti EPSI tərəfindən istehsal olunur. Böyük Britaniya Avropa İttifaqından çıxdıqdan sonra bu məhsulun ixracı üçün Belçika hökumətindən xüsusi lisenziya alınmalıdır. Əvvəllər bu prosedur formal xarakter daşıyırdı, lakin bu dəfə baş nazirin müavini Corc Qilkine tərəfindən bloklanıb. Siyasətçi nüvə silahlarına və hərbi-sənaye lobbisinə qarşı çıxan “Ekolo” partiyasını təmsil edir.

Pres Oldermastonda nüvə başlıqlarının istehsalında istifadə edilirdi. Britaniya Hərbi Dəniz Qüvvələrindəki mənbənin iddiasına görə, təchizat çatışmazlığı Birləşmiş Krallıq donanmasının döyüş qabiliyyətinə təsir etməyəcək.

Belçikada bu, “dünyada analoqu olmayan” məhsul kimi xarakterizə edilir. London da buna cavab olaraq Brüsseli hədələyib və bu halda ümumi dəyəri 514 milyon funt sterlinqdən (təxminən 600 milyon avro) çox olan, Belçikanın “FN Herstal” şirkətinin istehsal etdiyi pulemyot partiyasının alınması ilə bağlı müqaviləni ləğv edə biləcəyini deyib.  

Bu, Belçikada hakim koalisiyanın dağılmasına səbəb ola bilər, çünki bu halda ölkənin cənub bölgəsindəki “FN Herstal” zavodlarında məşğulluq təhlükə altına düşəcək.

Mənbə: The Times

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir