Dünya

Rumıniya Macarıstanın baş nazirindən “incidi”

Sharing is caring!

Rumıniya Xarici İşlər Nazirliyi Macarıstanın Baş naziri Viktor Orbanın üzərində “Böyük Macarıstan” xəritəsini əks etdirən şərfinə görə narazılığını bildirib. Bununla bağlı Macarıstanın Buxarestdəki səfirinə kəskin etiraz ifadə edilib.

İş burasındadır ki, 1918-ci ilə qədər müasir Rumıniyanın bir hissəsi Böyük Macarıstanın tərkibində olub.

“Təftişçiliyin istənilən təzahürü formasından asılı olmayaraq mövcud reallıqlar, həmçinin Rumıniya və Macarıstanın üzərlərinə götürdükləri öhdəliklər fonunda qəbuledilməzdir. Belə ki, bu öhdəliklər Rumıniya və Macarıstan arasında 1996-cı il sentyabrın 16-da Timişoarada imzalanan qarşılıqlı anlaşma, əməkdaşlıq və mehriban qonşuluq münasibətləri üzrə Müqavilə çərçivəsində ikitərəfli əlaqələrin qurulmasını nəzərdə tutur. Həmçinin iki ölkə arasında imzalanan Strateji Tərəfdaşlıq Müqaviləsinin bu il 20 yaşı tamam olur”, – deyə Rumıniya Xarici İşlər Nazirliyindən bildirilib.

Qeyd edək ki, noyabrın 21-də Macarıstan Baş naziri Viktor Orban özünün “Facebook” səhifəsində Macarıstan və Yunanıstan komandaları arasında keçirilən futbol oyunundan video yayımlayıb. Videoda baş nazirin boynuna üzərində “Böyük Macarıstan” xəritəsi olan şərf saldığı görünür.

Mənbə: Rbc.ru

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir