Dünya

Türkiyə ordusunun İraq və Suriyada əməliyyatları: 37 minə yaxın terrorçu zərərsizləşdirilib

Sharing is caring!

“Türkiyə 24 iyul 2015-ci il tarixindən bu günə qədər ölkə daxilində, Şimali İraq və Suriyanın şimalında ümumilikdə 36 854 terrorçunu zərərsizləşdirib”.

Bu barədə ölkənin milli müdafiə naziri Hulusi Akar parlamentin (TBMM) büdcə təqdimatında açıqlayıb.

O qeyd edib ki, bu ilin əvvəlindən 3 585 terrorçu zərərsizləşdirilib.

“Hər gün görülən əlavə tədbirlərlə təkcə yanvarın 1-dən 234 282 nəfərin sərhədlərimizdən qanunsuz keçməsinin qarşısı alınıb; 7107 qeyri-qanuni miqrant və 724 terrorçu hüquq-mühafizə orqanlarına təhvil verilib”, – deyə Akar bildirib.

O vurğulayıb ki, Türkiyə Silahlı Qüvvələri terrorizmi mənbəyində məhv etmək strategiyası ilə ölkə daxilində və hüdudlarından kənarda bütün terror təşkilatlarına qarşı mübarizə aparır.

Mənbə: Haber Global

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir