Dünya

ABŞ-də sürücü avtomobili kursantların üzərinə sürdü: Onlarla yaralı var – VİDEO

Sharing is caring!

ABŞ-nin Los-Anceles şəhərində avtomobil səhər təlim keçən bir qrup polis kursantını vurub.

Nəticədə sürücü də daxil olmaqla 25 nəfər xəsarət alıb. Yaralılardan beşinin vəziyyəti ağırdır.

Polis qəzanı törədən sürücünü hadisə yerində saxlayıb. Avtomobili yanlış istiqamətdə idarə edənin 22 yaşlı gənc olduğu üzə çıxıb.

Fövqəladə Hallar Nazirliyinin məlumatına görə, başından xəsarət alan, sınıqları olan və bəzi əzaları qopan kursantlar yaxınlıqdakı xəstəxanalara yerləşdiriliblər. Onlardan biri süni nəfəs aparatına qoşulub.

Hadisə ilə bağlı araşdırma aparılır.

Mənbə: KTLA

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir