Dünya

CAR-da quş qripi epidemiyası baş qaldırıb

Sharing is caring!

Cənubi Afrikanın səlahiyyətli orqanları ev quşlarında yüksək patogenli H5N2 quş qripinin baş qaldırdığını elan edib.

Bu barədə həmçinin Ümumdünya Heyvan Sağlamlığı Təşkilatının mətbuat xidməti məlumat yayıb.

Məlumata görə, ümumilikdə 200 nəfərlik sürüdən 60-a yaxın ev quşunun yüksək yoluxucu virusdan öldüyü aşkarlanıb, lakin bu barədə əlavə məlumat verilməyib.

Bildirilib ki, belə viruslar xüsusilə davamlıdır və heyvanlarda, eləcə də ətraf mühitdə uzun müddət yaşaya bilir.

Mənbə: vm.ru

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir