Cəmiyyət

Bərdədə məktəb binasında yanğın olub

Sharing is caring!

Bərdə rayonunun Əyricə kəndində ümumi sahəsi 532 kvadratmetr olan (hər mərtəbəsi 266 kvadratmetr) ikimərtəbəli kənd tam orta məktəb binasının dam örtüyünün yanar konstruksiyaları 30 kvadratmetr sahədə yanıb.

Bu barədə Fövqəladə Hallar Nazirliyi məlumat yayıb.

Bildirilib ki, məktəb binasının qalan hissəsi yanğından mühafizə olunub.

Alov yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir