Dünya

Texas hava şousunda iki təyyarə toqquşub: Altı nəfər həlak olub

Sharing is caring!

Texasda hava şousu zamanı iki təyyarənin toqquşması nəticəsində 6 nəfər həlak olub.

Bu barədə bazar günü Dallas dairəsinin hakimi Kley Cenkins öz “Twitter” səhifəsində məlumat verib.

“Dallas dairə tibbi ekspertinin məlumatına görə, “Wings Over Dallas” hava şousunda dünən baş verən insident nəticəsində ümumilikdə 6 nəfər ölüb”, – Cenkins açıqlamasında bildirib.

Qeyd edək ki, aviaşou zamanı “Boeing B-17” bombardmançı təyyarəsi havada başqa bir təyyarə ilə toqquşub.

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir