Dünya

İranın terror əməliyyatlarının əsas istiqamətləri – VİDEO

Sharing is caring!

İranın Kəşfiyyat Nazirliyi, yəni ETTELAAT bu günlərdə yaydığı bəyanatda oktyabrın 26-da Şiraz şəhərindəki Şahçıraq ziyarətgahında törədilmiş terror aktının həyata keçirilməsində Azərbaycan Respublikasını və bəzi başqa ölkələri ittiham etdi.

Əlbəttə, dünyada terrorizmin bir nömrəli dəstəkçisi və sponsoru kimi tanınan İranın qonşu dövlətə qarşı bu əsassız iddiası ölkənin özündə də ciddi qəbul olunmadı. Üstəlik, İran ictimaiyyətinin böyük bir qismində Şahçıraqdakı terrorun rejimin özü tərəfindən təşkil olunduğu qənaəti formalaşıb. Məqsəd bu qanlı hadisəni bəhanə edib ölkədə iki aya yaxındır davam edən xalq etirazlarını daha amansızlıqla yatırtmaqdır. Bir çox rəsmilərin, o cümlədən İran parlamentinin sədri Məhəmməd Baqir Qalibafın hadisə ilə bağlı bəyanatı da bunu açıq şəkildə nümayiş etdirir. İran Şirazda baş vermiş olayı əldə bayraq edib özünü terrorun qurbanı kimi qələmə verməyə çalışsa da, rejim təmsilçilərinin açıqlamaları bunun tam əksini göstərir.

Daha ətraflı “Azad İran”ın “YouTube” kanalının təqdim etdiyi videoda:  

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir