Dünya

Netanyahu İsrail parlamentinin dəstəyini qazanıb

Sharing is caring!

“Likud” partiyasının lideri Benyamin Netanyahunun namizədliyi Knessetin (İsrail parlamenti) 120 deputatından 63-nün dəstəyini qazanıb ki, bu da ona yeni hökuməti qurmaq üçün prezident mandatı almaq imkanı verəcək.

Hazırda ölkə prezidenti İshak Hersoq noyabrın 1-də keçirilən növbədənkənar seçkilərdən sonra Knessetin yeni çağırışına daxil olan partiyaların nümayəndələri ilə məsləhətləşmələri davam etdirir.

Dövlət başçısı Yəhudi Gücü partiyasının nümayəndə heyətini qəbul edib. Onun nümayəndələri Netanyahunun baş nazir postuna namizədliyini Hersoqa tövsiyə ediblər. Bundan əvvəl daha dörd partiya artıq Netanyahunun namizədliyini dəstəkləyib.

Qeyd edək ki, İsrail prezidenti ilə parlament partiyaları arasında yeni Nazirlər Kabinetinin formalaşdırılması ilə bağlı məsləhətləşmələr cümə günü başa çatacaq. Qanuna görə, baş nazir postuna ilk iddiaçıya kabineti formalaşdırmaq üçün 28 gün vaxt verilir və bu müddət 14 gün uzadıla bilər.

Mənbə: TASS

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir