Dünya

Rusiyada yanan klubunun azərbaycanlı sahibi saxlanıldı

Sharing is caring!

Kostromanın yanmış “Polyqon” klubunun sahibi İxtiyar Mirzəyev yanğın təhlükəsizliyi qaydalarını pozduğuna görə saxlanılıb.

“Mirzəyev Rusiya Federasiyası Cinayət Məcəlləsinin 219-cu maddəsinin 3-cü hissəsi (“Ehtiyatsızlıqdan iki və daha çox şəxsin ölümünə səbəb olan yanğın təhlükəsizliyi qaydalarını pozma”) ilə başlanmış cinayət işi üzrə saxlanılıb. Hazırda istintaq hərəkətləri aparılır” , – deyə hüquq-mühafizə orqanlarından məlumat verilib.

Bildirilib ki, 2010-cu ildə Mirzəyev Rusiya Fövqəladə Hallar Nazirliyinə “Polyqon” klubunda yanğın təhlükəsizliyi bəyannaməsini təqdim edib.

Xatırladaq ki, Mirzoyev Kostroma Vilayət Dumasının deputatıdır.

Mənbə: TASS

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir