İdman

Andrey Lunyov: “Karyeramın ən dramatik matçı “Bayer 04”ə qarşı oldu”

Sharing is caring!

Karyeramda bundan dramatik oyunlar olmayıb. Heç bir matç buna çatmaz.

Bu fikirləri “Qarabağ”ın qapıçısı Andrey Lunyov Avropa Liqasının 1/8 final mərhələsində Almaniyanın “Bayer 04” komandasına qarşı keçirdikləri oyunla bağlı danışarkən deyib.

Sergey Tırtışnının yutub kanalına açıqlama verən 27 yaşlı qolkiper bu cür məğlubiyyətin məyusedici olduğunu söyləyib: “Hər iki görüşdə 2:0 öndə olduq və üstünlüyü əldən verdik. Artıq özümüzə gəlməliyik. Bu, keçmişdə qalıb. Təhlil etmək, qollara səbəb olan epizodları incələmək lazımdır”.

Qeyd edək ki, iki qarşılaşmanın cəmində 5:4 (2:2, 3:2) hesablı qələbə qazanan “Bayer 04” Avropa Liqasının 1/4 finalına yüksəlib.

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir