Kriminal

Qumbaraatanlar, pulemyotlar, avtomatlar: Xocavənddə xeyli silah-sursat aşkar edildi – VİDEO

Sharing is caring!

Xocavənddə xeyli sayda silah-sursat tapılıb.

DİN-in Mətbuat Xidmətinin Bərdə regional qrupundan verilən məlumata görə, silahları Xocavənd RPŞ-nin əməkdaşları rayon ərazisində keçirdiyi tədbirlərlə aşkar ediblər.

Tapılan səkkiz avtomat, beş qumbaraatan, üç pulemyot, 1 632 müxtəlif çaplı patronlar və digər döyüş sursatları götürülərək aidiyyəti üzrə təhvil verilib. 

Xocavənd Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən işğaldan azad edilmiş ərazilərdəki tərk edilmiş hərbi mövqelərdən silah-sursatın və partlayıcı vasitələrin toplanması istiqamətində intensiv tədbirlər davam etdirilir.

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir