Dünya

ABŞ Rusiya-Ukrayna müharibəsində hər iki tərəfin itkilərini açıqladı

Sharing is caring!

Ukraynadakı müharibədə 100 mindən çox Rusiya hərbçisi ölüb və ya yaralanıb.

Bu barədə ABŞ-nin Birləşmiş Qərargah Rəisləri Komitəsinin rəhbəri, general Mark Milli bildirib.

Onun sözlərinə görə, Ukrayna tərəfi də oxşar itkilərə məruz qalıb. Müharibə başlayandan 40 minə yaxın ukraynalı dinc sakin həlak olub, daha 15-30 milyon ukraynalı qaçqın düşüb.

General həmçinin Rusiyanın Ukraynaya müdaxiləsini ölkənin əvəzini “uzun illər” ödəyəcəyi “böyük strateji səhv” adlandırıb.

Milli təxminlərinin nəyə əsaslandığını və məlumatları haradan aldığını açıqlamayıb.

Mənbə: Reuters

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir